"Qarabağ" keyfiyyət baxımından "Bazel"dən üstündür"

24 Noyabr 2021 20:10 Qarabağ 487
"Qarabağ" keyfiyyət baxımından "Bazel"dən  üstündür"

“Sabahkı oyun bizim üçün təcrübə və inkişaf baxımından çox önəmlidir".

Sportinfo.az xəbər verir ki, bunu “Omoniya”nın baş məşqçisi Henninq Berq deyib.

Kipr təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin V turu çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq. Oyunöncəsi mətbuat konfransında norveçli mütəxəssis fikrini bu sözlərlə davam etdirib:

- Meydanda bütün bacarığımızı ortaya qoyacağıq və ən yaxşı nəticəni qazanmağa çalışacağıq.

- İlk oyunla müqayisədə komandada nəsə dəyişibmi və evdəki 1:4 hesablı məğlubiyyət futbolçulara əlavə motivasiya olacaqmı?
- Bizim əlavə motivasiyaya ehtiyacımız yoxdur. Çox güclü azarkeş dəstəyimiz var. Hansısa hesab motivasiyaya təsir etməməlidir. İlk oyunun birinci hissəsini avrokuboklarda keçirdiyimiz ən yaxşı 45 dəqiqə sayıram. İkinci hissədə ikinci qolu buraxdıqdan sonra motivasiyamız düşdü. "Qarabağ"ın kifayət qədər avrokubok təcrübəsi var, onların qrupdan çıxdığını bilirik. Sabah qapalı oyuna üstünlük verəcəyik. Rəqibin təcrübəli və güclü olmasını vurğulamalıyam.

- Həftəsonu çempionatda vacib oyun var. Sabahkı görüşü çempionat matçına hazırlıq kimi dəyərləndirmək olar?
- Bizim üçün hər oyun vacibdir. Daha öncə Konfrans Liqasında qrupa düşməyi hədəf qoymuşduq, bunu bacardıq. Təbii ki, nisbətən çempionata daha çox üstünlük verəcəyik. Amma sabah da ən yaxşı oyunumuzu göstərib qələbə qazanmaq istəyirik. "Bazel"lə qarşılaşmada da qələbə qazana bilərdik. Əlimizdəki oyunçular çox yaxşıdır, uğurlu nəticə üçün imkan verir. "Qarabağ" isə "Bazel"dən keyfiyyət baxımından üstündür. Ancaq əsas diqqət çempionata yönələcək.

- "Bazel"lə matçda olduğu kimi, sabah da heyətdə çox dəyişiklik olacaq?
- Bunu sabah biləcəyik. İndidən dəyişiklik olub-olmayacağını deyə bilmərəm. Hazırkı məqsədimiz qrupda daha çox xal toplamaqdır. Həmişə daha yaxşı olmağa çalışırıq. Həm futbolçu, həm də məşqçi heyəti daim üzərində işləyir, inkişaf edir.

- Fuad Baçirou və Fabiano sabahkı oyuna yetişəcək?
- Onların sabahkı matça yetişməsi sual altındadır. Amma indiki duruma əsasən deyə bilərəm ki, gələn həftənin birinci günündən komandaya qoşula biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu