Klub sahibi "Qarabağ"a görə futbolçuları tənbeh etdi: “Məsuliyyətli olun!”

22 Sentyabr 2021 18:00 Qarabağ 1 056
Klub sahibi "Qarabağ"a görə futbolçuları tənbeh etdi: “Məsuliyyətli olun!”

"Bazel"in sahibi David Degen Bakıda "Qarabağ"a qarşı keçirdikləri Konfrans Liqasının oyununda komandasının çıxışından narazı qalıb.

Sportinfo.az "Blick-Infos"a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis matçdan sonra futbolçuları bir araya toplayaraq, onlarla ciddi söhbət edib.

Keçmiş yarımmüdafiəçinin iclas vaxtı çox əsəbi olduğu və oyunçularla yüksək tonda danışdığı bildirilib.

Komanda üzvlərinə "Bazel"i təmsil etdiklərini xatırladan Degen onlara bundan sonra daha məsuliyyətli olmağı tapşırıb.

"Bazel"inin baş məşqçisi Patrik Rahmen isə bildirib ki, oyunlarda mümkün olan ən yaxşı nəticəni əldə etmək istəsələr də, son vaxtlarda qeydə alınan 3 heç-heçəyə görə təzyiq hiss etmirlər:

"Yeni mövsümdə heç bir görüşdə uduzmamışıq. Yerli çempionatda ən yaxşı top fərqinə malik komandayıq. Amma bir şey aydındır ki, inkişaf etməli və sürəti artırmalıyıq.

Özümüzdən gözlədiyimiz də məhz budur. Meydanda mövsümün əvvəlində göstərdiyimiz oyunu sərgiləmək istəyirik".

Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Bazel" qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti