Xayme əməliyyat üçün BU ÖLKƏYƏ GÖNDƏRİLDİ - SON DƏQİQƏ

18 Sentyabr 2021 14:00 Qarabağ 1 598
Xayme əməliyyat üçün BU ÖLKƏYƏ GÖNDƏRİLDİ - SON DƏQİQƏ

“Bazel”lə oyunda 1 xal qazanan “Qarabağ”, vacib futbolçusunu itirdi.

İlk hissədə zədələnərək fasilədən sonra yerini Marko Veşoviçə verən Xayme Romeronun zədəsinin ciddiliyi üzə çıxdı.

Romero oyunun 45-ci dəqiqəsində ikili mübarizə zamanı zədələnib və fasilədə Marko Veşoviçlə əvəzlənib.

Çarpazvari bağları qırılan ispan yarımmüdafiəçi təcili əməliyyat olunmalıydı.

Əməliyyat üçün bir neçə ölkə düşünülsə də, ümumi müzakirələrdən sonra İspaniyaya yollanması məqsədəuyğun bilinib. Odur ki, Xayme bu gün səhər saatlarında Bakını tərk edib.

Vətənində əməliyyat olunacaq təcrübəli futbolçunun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti