"Qarabağ"ın kapitanı: "Bunun davamını gətirə bilmədik"

13 Sentyabr 2021 09:20 Qarabağ 1 177
"Qarabağ"ın kapitanı: "Bunun davamını gətirə bilmədik"

“Ağır oyun oldu, matçın dinamikası yüksək səviyyədə idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Baksell Arena”da 2:1 hesabı ilə qalib gəldikləri görüş haqda açıqlama verən kapitan vacib qələbə qazandıqlarını bildirib:

“Oyuna yüksək motivasiyada çıxmışdıq. İlk hissədə çox həvəsli idik, bizdə oyun alınırdı. İki qol da vurduq.

Amma ikinci hissədə bunun davamını gətirə bilmədik. Rəqib də yaxşı oyunçulara malikdir. Hesab arasındakı fərqi azaltdı.

Amma sonda qələbə qazanmağı bacardıq. Sonuncu dəfə “Aberdin”ə qarşı oynamışdıq, uzun müddət idi bir arada deyildik. “Bazel”lə oyunöncəsi bu qələbə vacib idi”.

Digər Xəbərlər
Xəbər Lenti