"Qarabağ" üçün vacib məsələ odur ki..." - Millimizin baş məşqçisi

5 Avqust 2021 17:20 Qarabağ 691
"Qarabağ" üçün vacib məsələ odur ki..." - Millimizin baş məşqçisi

"Bundan qabaqkı illərdə də biz müşahidə eləmişik ki, "Qarabağ"ın oyunu artan templə davam edir.

Bu, bütün klublarda belədir. "Qarabağ" isə həmin tendensiyanı dəfələrlə sübut edib".

Sportinfo.az-a açıqlamasında bu sözləri U-20 millimizin baş məşqçisi Samir Əliyev deyib.

Gənc mütəxəssis heyətdəki ciddi itkilərə rəğmən bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin AEL-lə baş tutacaq səfər oyunundan öncə təmsilçimizi şanslı tərəf kimi görür:

"Heyətdə problemlər var. Müdafiə xəttinin bir neçə aparıcı oyunçusu bu gün olmayacaq. Bunlara rəğmən inanaq ki, "Qarabağ" yenə də məharətlə mərhələni keçəcək".

"Qarabağ" II təsnifat mərhələsində "Aşdod"la baş tutan görüşlərdə cəmi 1 qol vurmağı bacardı. Əliyev hücumçuların həmin oyunlarda məhsuldar ola bilməməsinə belə reaksiya verib:

"Qarabağ" cəmi iki oyun keçirib. İlk rəqib "Aşdod" da nizam-intizamla müdafiə olunmağı bacarırdı. Zəif komanda deyildi.

Əlbəttə, hər oyunda təmsilçimizin 2-3 qol vurmağını istərdik. Ancaq əsas olan bu deyil. Vacib məsələ odur ki, "Qarabağ" mərhələni keçdi.

Düzdür, hücumçuların məhsuldarlığı zəifdir. Amma əsas məqsəd avorkuboklarda mərhələ keçməkdir. İnanırıq ki, Qarabağ" bu mərhələni də keçəcək."

Digər Xəbərlər
Xəbər Lenti