"Belə rəqiblərə qarşı oynamaq mənim üçün hər zaman maraqlı olub" - Qurban Qurbanov

4 Avqust 2021 21:25 Qarabağ 890
"Belə rəqiblərə qarşı oynamaq mənim üçün hər zaman maraqlı olub" - Qurban Qurbanov

Konfrans Liqasının III təsnifat mərhələsinin AEL-lə səfər görüşündən öncə keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az-ın məlumatına görə, təcrübəli məşqçi rəqibin heyətində yer alan futbolçuları xüsusi fərqləndirib: "Maraqlı komandaya qarşı hazırlaşırıq. Rəqib geniş heyətə malikdir. Ustalıq səviyyəsi yüksək olan futbolçuları var. Kollektiv oyuna həddindən artıq üstünlük verirlər.

Düşünürəm ki, belə komandalara qarşı oynamaq mənim üçün hər zaman maraqlı olub. Çünki bu oyunda daha çox düşünmək, daha çox diqqətli olmaq və daha çox məsuliyyətli olmaq lazımdır. Bu günlərdə rəqibin oyununu maksimumu futbolçularımıza detallı çatdırmağa çalışmışıq. İnşallah, inanıram ki, futbolçularımız sabahkı oyuna tam hazırdılar. Hər zaman olduğu kimi meydanda ən yaxşısını etməyə çalışacağıq".

Qurbanov yeni transferlərin son durumu ilə bağlı da söz açıb: "Yeni futbolçuların hər ikisinin də oynamaq ehtimalı var. Sənədlər UEFA-ya göndərilib. Sadəcə Almeydanın hazırlıq səviyyəsi daha yaxşıdır, nəinki Qasparın. Məşqçilər və həkimlərlə danışacağıq. Əgər sağlamlığı üçün hər hansı təhlükə olmasa, onun da oynamaq ehtimalı var. Ən azından az dəqiqə olsa da oynamaq şansı var".

Digər Xəbərlər
Xəbər Lenti