Qurban Qurbanov: "Bu rəqibə çox inam vermək olmaz" - VİDEO

29 İyul 2021 01:10 Qarabağ 905
Qurban Qurbanov: "Bu rəqibə çox inam vermək olmaz" - VİDEO

"Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsraildə "Aşdod"la keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis meydanda ən yaxşısını və ən düzünü etməyə, Bakıdakından daha tez və daha diqqətli oynamağa çalışacaqlarını vurğulayıb:

“Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq. Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq.

Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır".

İyulun 29-da Aşdod şəhərindəki "Jabotinski" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!