"Qarabağ" – Əvvəl buradakılar, sonra bolqar və ruslar

18 İyun 2021 00:42 Qarabağ 742
"Qarabağ" – Əvvəl buradakılar, sonra bolqar və ruslar

"Qarabağ"ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, toplanışın ilk mərhələsi Bakıda keçiriləcək.

Paytaxtda 2 yoxlama oyunu nəzərdə tutulub. Ağdam təmsilçisi iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.

Toplanışın 2-ci mərhələsi Avstriyada baş tutacaq. 12 günlük hazırlıq müddətində 3 yoxlama oyunu planlaşdırılır.

Komanda iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqib Rusiya "Arsenal"ı olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti