"Legiya"dan Mahir Emreli açıqlaması: “Gəlin, gözləyək"

18 May 2021 14:00 Qarabağ 1 641
"Legiya"dan Mahir Emreli açıqlaması: “Gəlin, gözləyək"

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç “Qarabağ”ın hücumçusu Mahir Emrelinin klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az Polşa mediasına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis bununla bağlı suala cavabında deyib:

“Gəlin, gözləyək. Transferlərlə bağlı bilmirsən necə olacaq. Mən heç vaxt müqavilə bağlamayana qədər futbolçunun adını açıqlamıram.

Hər şey ola bilər. Ümumən isə biz güclənmək istəyirik. O cümlədən, hücum xəttində”.

M.Emrelinin bu mövsümün sonu “Qarabağ”la müqaviləsi başa çatır. Futbolçunun agenti Tural Əsgərov “Legiya” ilə danışıqlar apardıqlarını təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?