“Qarabağ”ın legioneri: “Bu komanda hər zaman başağrısıdır”

6 Aprel 2021 23:00 Qarabağ 736
“Qarabağ”ın legioneri: “Bu komanda hər zaman başağrısıdır”

"Rəqib yaxşı müdafiə olundu, sonadək mübarizə apardı.

Digər tərəfdən, bu komanda hər zaman liderlər üçün başağrısı olub. Bu mənada, matçın çətin keçəcəyini bilirdik".

Sportinfo.az xəbər verir ki, иu fikirləri "Qarabağ"ın futbolçusu Uroş Matiç səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçı barədə danışarkən deyib.

Serbiyalı yarımmüdafiəçi qazanılan xalın vacib olduğunu bildirib: "Əslində meydana qələbə üçün çıxmışdıq. Oyun ərzində qol vurmaq üçün bir neçə imkanımız oldu.

Təəssüf ki, istifadə edə bilmədik. Amma bu 1 xalın dəyəri, önəmi çox böyükdür. Qalib gələ bilməsək də, bu oyundan müsbət nəticələr çıxarmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da