"Qarabağ"da kimlər, "Qəbələ"də kimlər… EYNİ DƏRD

1 Mart 2021 16:20 Qarabağ 690
"Qarabağ"da kimlər, "Qəbələ"də kimlər… EYNİ DƏRD

Azərbaycan Premyer Liqasının XVIII turunda üz-üzə gələcək "Qarabağ" və "Qəbələ" komandaları matça itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Rahil Məmmədov hələ də zədəsini sağaltmayıb.

Azərbaycan millisinin də formasını geyinən 26 yaşlı müdafiəçi müalicəsini davam etdirir. Bundan başqa, cəzalı Kevin Medina da oyunu buraxacaq.

"Qəbələ" isə iki futbolçusunun xidmətindən yararlana bilməyəcək. "Qırmızı-qaralar"da Cavid Hüseynov və Rafael Utriq sarı vərəqə limitini doldurduqları üçün meydana çıxmayacaqlar.

Martın 2-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü saat 18:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”