"O, mövsümün sonunadək "Qarabağ"da qalacaq" - AÇIQLAMA

27 Yanvar 2021 19:20 Qarabağ 1 039
"O, mövsümün sonunadək "Qarabağ"da qalacaq" - AÇIQLAMA

Mahir Emreli "Qarabağ"da qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a klubun direktoru Emrah Çelikel məlumat verib.

O bildirib ki, 24 yaşlı hücumçudan ötrü bəzi təkliflər aldıqdan sonra Emrelinin özü ilə görüşüblər. Danışıq nəticəsində forvardın mövsümün sonunadək hazırkı klubunda çıxış etməsi qərara alınıb.

Çelikel gələn təkliflərə bu yay baxacaqlarını əlavə edib. Təklif aldığı əcnəbi klubların adlarını açıqlamayan "Qarabağ" rəsmisi bunu futbolçunun deməsini məqsədəuyğun sayıb.

Digər tərəfdən, Emrelinin "Qarabağ"la hazırkı müqaviləsi yayda bitəcək. Bu isə o deməkdir ki, forvard komandanı azad agent kimi tərk edəcək.

Lakin direktorun sözlərinə görə, klub Emrelini havayı buraxmasından narahat deyil: "Klubların adlarını ehtiyac olsa, Mahirin özü açıqlayacaq.

Lakin əsas məsələ odur ki, o, mövsümün sonunadək "Qarabağ"da qalacaq. Düzdür. Emrelinin klubumuzla müqaviləsi bu yay bitəcək.

Məsələyə pul qazanmaq istəyi ilə yanaşsaydıq, indi getməsi üçün səy göstərərdik. Bizim üçün "Qarabağ" və gənç oyunçumuzun gələcək karyerasının yaxşı alınması önəmlidir".

Mahir Emreli Polşanın "Zaqlembe" və "Rakuv", Avstriyanın "Şturm" və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"