"Qarabağ" Mahirdən də bəhrə gördü - FOTOREPORTAJ

22 Yanvar 2021 14:40 Qarabağ 922
"Qarabağ" Mahirdən də bəhrə gördü -  FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" "Bank Respublika Arena"da "Sabah"la qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk qol 8-ci dəqiqədə vurulub. Ağdam klubundan Rahil Məmmədov fərqlənib.

İkinci yarıda meydan sahibləri tarazlığı bərpa edib. 60-cı dəqiqədə Kevin Kubemba adını tabloya yazdırıb. Oyunda son nöqtəni "Qarabağ"ın heyətində Mahir Emreli qoyub.

72-ci dəqiqədə komandasını önə keçirən hücumçu vurduğu qolu "İmarət" fan-klubunun Vətən müharibəsində şəhid olmuş üzvü Məhəmmədəli İbrahimliyə həsr edib. O, qoldan sonra üzərində şəhidin şəkli olan ağ formanı nümayiş etdirib.

Bu qələbədən sonra xallarını 26-ya çatdıran "Qarabağ" 2-ci pillədəki mövqeyini qoruyub. "Sabah" isə 13 xalla sonuncu sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!