Tanınmış niderlandlı jurnalist “Qarabağ” rəsmisi haqda ŞOK SÖZLƏR işlətdi

16 Yanvar 2021 14:40 Qarabağ 898
Tanınmış niderlandlı jurnalist “Qarabağ” rəsmisi haqda ŞOK SÖZLƏR işlətdi

Bilindiyi kimi, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı "feysbuk"da ermənilərlə bağlı paylaşımına görə "Qarabağ"ın mətbuat katibi
Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

Həmçinin Ağdam klubu 100 min avro məbləğində cərimələnib. Avropa futbol qurumu onunla bağlı apellyasiya şikayətini qəbul etməyib.

Bölgə təmsilçisinin sabiq rəsmisinin vəkili Fərid Haqverdiyev bu qərardan İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət ünvanlayacaqlarını bildirib..

Sportinfo.az xəbər verir ki, F.Haqverdiyev tanınmış niderlandlı jurnalist, "Qarabağ" FK haqqında kitabın müəllifi Artur Huzinqanın Nurlan İbrahimov haqda fikirlərini paylaşıb:

" Bir statusa görə, futbol aləmindən kənarlaşdırılmağı haqq edirmi? Əlbəttə ki yox… “Qarabağ” çox kiçik büdcəyə malik hər anlamda qaçqın klub idi...

Hazırda gördüyünüz əzəmətdən heç bir əsər-əlamət tapa bilməzdin. Amma klubun hər zaman bir məqsədi var idi. Bir klubun arzusu, yəqin ki, medallar ola bilər.

Amma “Qarabağ”ın əsas məqsədi Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və məlum konfliktin həll olunmasına hər hansı bir formada dəstək olmaq seçilmişdi.

“Qarabağ”da ilk tanıdığım adamlardan biri, bəlkə də birincisi Nurlan olub. İbrahimov “Qarabağ” ilə yanaşı, Qarabağ həqiqətlərinin dünyaya, əcnəbilərə çatdırılmasına bir diplomat kimi, səbirlə, təmkinlə hər zaman çıxış edib və ön planda olub.

Bunu Azərbaycana etdiyim çoxsaylı səfərlərdə görmüşəm. Nurlanı tanıdığım 10 il ərzində heç bir zaman bu həqiqətlərin parlamasına çalışmaqdan yorulmadı, əksinə, zövq aldı.

Futbol ailəsinə daxil olan hər kəsə - UEFA nümayəndələrinə, hakim-inspektorlara, Azərbaycana gələn əcnəbi jurnalistlərə dayanmadan Qarabağ həqiqətlərindən danışırdı,

“Qarabağ”ın əsas qayəsinin, amalının əsas təmsilçisi olurdu. Klubun ən kasıb vaxtında belə, “Qarabağ”ın, viran qalmış Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində oynayacağına bütün varlığı ilə inanırdı.

Bəlkə Nurlan Qarabağda doğulmayıb, amma həyatının əsas hissəsini Qarabağ həqiqətlərini dünyaya çatdırdığı üçün əsil qarabağlıdır. Bunu ürəyimin bütün dərinliklərindən gələn bir səslə deyirəm.

Klubun az büdcə ilə, balaca və darısqal otaqlarda çalışıb, bu gün xəyal etdiyi bir vaxtlardan Nurlanın böyük ürəyi Qarabağ həqiqətlərinin təbliğatı üçün atırdı.

Özünü bir idealogiyaya həsr edən və onun üçün mübarizə aparan insanlar ən çətin vəziyyətlərdə belə yollarından dönmürlər. Nurlan kimi... O, ən çətin məqamlarda belə, əsil idealogiyasını unutmadı - yəni Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasını”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"