Divizionda 5 klub və 58 şəxs danışılmış oyunlara görə cəzalandı – Ermənistanda

4 İyul 2020 18:34 Qalmaqal 522
Divizionda 5 klub və 58 şəxs danışılmış oyunlara görə cəzalandı – Ermənistanda

Ermənistan çempionatının birinci dəstəsində 2019/20 mövsümünü yarımçıq başa çatdırılıb.

bu barədə qərarı Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi verib.

Buna koronavirus pandemiyası deyil, danışılmış oyunlar səbəb olub. UEFA və hüquq-mühafizə orqanlarından alınan məlumatlar əsasında 18 iştirakçı klubdan 5-i və 58 şəxs müxtəlif müddətdə diskvalifikasiya olunub.

Bu klublar “Araqats”, “Torpedo”, “Masis”, “Lokomotiv” və “Yerevan”dır. Cəzalanan şəxslərdən 45-i ömürlük futboldan kənarlaşdırılıb. Çempionat başa çatdırılan vaxt “Van” və “Lokomotiv” 70 xalla lider idi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!