İlkin Qırtımovun atası: "Qızım intihar etməyib, təsadüfən yıxılıb"

9 Dekabr 2019 13:06 Qalmaqal 947
İlkin Qırtımovun atası: "Qızım intihar etməyib, təsadüfən yıxılıb"

Azərbaycan millisi və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısının intiharı ilə bağlı atası, Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımov açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, qızının intihar deyil, bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyini deyib.

“Sevinc Yasamalda oğlumla ("Keşlə"nin müdafiəçisi İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi, qızım mədəsindən şikayət edirdi. Buna görə də müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən hava almaq üçün evin eyvanına çıxıb. Yenidən qaytaranda ayağı sürüşüb və aşağı düşüb (ağlayır)”.

İlham Qırtımov övladının subay olduğunu, Azərbaycan Milli Konservatoriyasında çalışdığını bildirib (unikal.org).

Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 19:41 Dünyada yalnız Ronaldo
20 Yanvar 14:54 1001 gündür uduzmur
20 Yanvar 14:24 Bir aylıq baş məşqçi
20 Yanvar 00:56 Nişanlandılar - FOTO
20 Yanvar 00:00 İbrahimoviç daha bir...
19 Yanvar 22:20 "Qarabağ"da asudə gün
19 Yanvar 20:16 Az məbləğə atılan imza