Gəncədə İNSİDENT – Polis təcili araşdırmaya başladı

1 Aprel 2023 20:00 Qalmaqal 4 804
Gəncədə İNSİDENT – Polis təcili araşdırmaya başladı

Premyer Liqanın 28-ci turunda “Kəpəz” doğma meydanda “Səbail”i qəbul edib.

Matçın fasiləsində xoşagəlməz hal yaşanıb.

Gəncəli azarkeşlərdən biri “Dənizçilər” azad azarkeş qrupunun üzvlərini Bakıdan Gəncəyə gətirən avtobusuna zərər vurub.

Nəqliyyat vasitəsinin arxa şüşəsi atılan daş nəticəsində sındırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda polis faktla bağlı araşdırma aparır.

Maraq üçün bildirək ki, komandalar arasında çempionatın üçüncü dövrəsində “ASCO Arena”da baş tutan oyunda bıçaqlanma hadisəsi yaşanmışdı. Qarşılaşmanın fasiləsində gəncəli azarkeş “Səbail”in fanatına bıçaqla xəsarət yetirmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti