Regekampfın döydüyü qadın biabırçı olaydan sonra… YENİ GÜNDƏM+QALMAQALLI VİDEO

26 Sentyabr 2022 19:40 Qalmaqal 1 165
Regekampfın döydüyü qadın biabırçı olaydan sonra… YENİ GÜNDƏM+QALMAQALLI VİDEO

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın sentyabrın 23-də Snaqovda törətdiyi qalmaqal barədə xəbər vermişdik.

Hələ də boşanmadığı Anamariya Prodanın evinə gələrək onu döyən, söyən, övladını ölümlə hədələyən baş məşqçi polis bölməsinə dəvət edilmiş, cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Hadisədən 2 gün sonra Regekampf hazırda münasibətdə olduğu Korina Kasiusdan dünyaya gələn oğlunun xaç suyuna salınma mərasimində iştirak edib və bildiyimizə görə artıq Bakıdadır.

Rəsmi nigahda olduğu Ana Mariya Prodan isə, görünür, uzun illər birgə yaşadığı və oğlunun atası olan Laurentsiu ilə dil tapıb.

Məşhur xanım agent biabırçı olaydan sonra “instagram” səhifəsində paylaşım edib:

“Biz Prodan ailəsi balaca Liama (Regekampfın hazırkı münasibətdən dünyaya gələn oğlu) xoş həyat arzulayırıq.

Mediada yazılanlara nöqtə qoymaq üçün bildirmək istəyirik ki, bundan sonra Prodan Regekampf ailəsindən heç kim həyatımızda yaşananlarla bağlı şərh bildirməyəcək.

Uşaqlara olan sevgi və hörmətimizə görə bütün şərhləri bağlayırıq. Vəkillər isə hər şeyi mümkün qədər tez həll etməyə çalışacaqlar.

Ailəmiz imperiya qurub və buna görə bütün mövzuları bağlamalıyıq. Ailəmizin səhvləri və kədərləri bundan sonra yalnız özümüz üçün qalacaq.

Sizdən xahiş edirik ki, yanlış məlumatlarla yanlış ictimai rəy formalaşdırmayasınız. Ona dünyanın ən yaxşısını arzulayırıq və ən qısa zamanda həllini tapmasını arzulayırıq”.

Laurentsiu Regekampfla Anamariya Prodan uzun illər ailəli olub. Birgə nigahdan 14 yaşlı oğul ovladları var.

HƏBİB / SPORTİNFO.AZ

Qalmaqallı videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti