"Neftçi"nin Aysunu: “38 yox, daha çox qol vura bilərdim”

22 Aprel 23:20 Qadın futbolu 465
"Neftçi"nin Aysunu: “38 yox, daha çox qol vura bilərdim”

"Bir neçə ötürməni dəyərləndirə bilmədim.

38 yox, daha çox qol vura bilərdim".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən “Neftçi”nin futbolçusu Aysun Seydiyeva deyib.

O, ölkə çempionatının XV turunda “Olimpiya”nı (Ağcabədi) 41:0 hesabı ilə məğlub etdikləri oyunda 38 qol vurması barədə danışıb:

“Mövsümü bombardir olaraq bitirmək istəyirəm. Komanda yoldaşlarım kömək məqsədi ilə bütün ötürmələri mənə verirdilər.

Bacardığım qədər hər birini qola çevirməyə çalışdım. Çempionatımızın səviyyəsi o qədər də yüksək deyil. Əks halda belə bir şeyi reallaşdırmaq mümkün olmazdı”.

26 yaşlı futbolçu komandasının turnir cədvəlindəki durumunu da dəyərləndirib.

O, “Sumqayıt”ın birinci pillədə qərarlaşmasına baxmayaraq, sonda “Neftçi”nin çempion olacağına inandığını söyləyib:

“Doğma meydanda “Sumqayıt”a qalib gəlmişik. Onlar bizdən 2 görüş artıq keçiriblər.

Hələ qarşıda 4 matçımız var. Bu isə o deməkdir ki, hər oyunu qələbə ilə bitirib, çempion olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti