Türkiyə klubu millimizin iki futbolçusu ilə müqaviləni uzatdı

17 Avqust 07:20 Qadın futbolu 512
Türkiyə klubu millimizin iki futbolçusu ilə müqaviləni uzatdı

Azərbaycan millisinin üzvləri Aytac Şərifova və Sevinc Cəfərzadə “Yüksəkovaspor” ilə yeni müqavilə imzalayıblar.

Sportinfo.az xəbər verir ki, Türkiyə təmsilçisi hər iki futbolçu ilə müqavilənin yeniləndiyini açıqlayıb.

Beləliklə, millimizin üzvləri 2026/27 mövsümündə də “Yüksəkovaspor”un formasını geyinəcəklər.

“Yüksəkovaspor” yeni mövsümdə Türkiyə Qadınlar Superliqasında mübarizə aparacaq. Komandanın ilk turdakı rəqibi və oyunun tarixi 19 avqustda keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti