KİMİ ALDADIRSAN? – Yığmanın baş məşqçisinin “saqqal darağı”

28 Oktyabr 2021 14:40 Qadın futbolu 1 163
KİMİ ALDADIRSAN? – Yığmanın baş məşqçisinin “saqqal darağı”

Azərbaycanda bir yığmada var axı. Qadın futbolçulardan ibarət yığma.

Elə kişi yığmasının tayıdır, kimə gəldi məğlub olur.

Bu yığmanın baş məşqçisi Siyasət Əsgərovdur. Deməyindən belə çıxır ki, Malta ilə qarşılaşmada məğlubiyyəti planlaşdırmayıblar.

Elə Danimarka ilə oyunda biabırçı hesabla da bağlı plan qurmayıblar. Guya kimsə məğlubiyyətlə bağlı plan qurur. Burda ürəkdən gülə bilərsiniz...

Hə, indi bu Siyasət müəllim guya siyasət işlədib, məğlubiyyətlərə haqq qazandırıb. AFFA-nı tərifləyib, klubları ittiham edib.

Amma adam yaxşı “siyasətçi” deyil. Nöşün ki. Azərbaycan çempionatında çıxış edən 8 klubun AFFA-nın nəzarətində olduğunu bilir axı.

Bilirsə, klubları tənqid etmək həm də o deməkdir ki, Siyasət müəllim AFFA-nı da tənqid edir. Necə, bunu edə bilməz? Elə ona görə deyirik ki, yaxşı “siyasətçi” deyil də.

Siyasət müəllimin sərəncamında olan futbolçuların 19-u legioner həyatı yaşayır. Qızlar Rusiya və Türkiyə çempionatlarında çıxış edirlər.

Amma bu amil baş məşqçini qane etmir. Daş atıb başını tutur ki, Azərbaycan klubları da qadın futboluna diqqət ayırmalıdırlar.

Ay bala, sən 19 legionerlə ölkəni dünyada biabır edirsənsə, Azərbaycanda oynayacaq qızlarla nəyə nail olacaqsan?

İncimə ey, Siyasət müəllim, burada mütləq bir elə məsəlini yada salmalı olacağıq: “Yeməklə doymayan, yalamaqla doymaz”.

Rəhmətliyin nəvəsi, Azərbaycanda elitada oynamağa klub tapılmır, sən də yapışıbsan ki, qadın komandaları yaradılmalıdır.

Ay qardaş, lap yüz qadın komandası yaradılsın, yenə də heç nəyə nail olmayacaqsan. Bunu özün də bilirsən axı.

Bilə-bilə kimi aldadırsan? Camaat səndən avam deyil ki.

Bu yerdə daha bir atalar məsəlimizi bir qədər fərqli formada yada salaq və söhbəti bitirək: “Düzəlmişdi hər yarağımız, qalmışdı Siyasət müəllimin saqqal darağı”.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda