“Rusiya Qarabağda Türkiyə ilə qarşılıqlı təmasdadır”

27 Noyabr 2020 19:30 Problem 346
“Rusiya Qarabağda Türkiyə ilə qarşılıqlı təmasdadır”

“Rusiya Qarabağ nizamlanmasında Türkiyə ilə qarşılıqlı fəaliyyətdədir”.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.

O, Rusiya ilə Türkiyə arasında Qarabağ nizamlanmasına dair təmaslara toxunaraq qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərdə aparıldığını diqqətə çatdırıb:

“Bunlar siyasi və diplomatik təmaslar və hərbçilərimiz arasındakı təmaslardır. Əlbəttə ki, xətt mütəmadi olaraq bölgədəki vəziyyəti müzakirə edən dövlət başçıları tərəfindən təyin olunur”,- deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Qarabağla bağlı üçtərəfli bəyanat imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti