Legionerlərdən pul "tutmaq", məşqçilərin haqqını "yemək" - OLARMI?

22 Sentyabr 2020 10:52 Problem 908
Legionerlərdən pul "tutmaq", məşqçilərin haqqını "yemək"  - OLARMI?

Futbolumuzun tənəzzülü ildən-ilə davam edir.

Bunun səbəbləri haqqında zaman-zaman kifayət qədər fikirlər bildirilib, araşdırmalar aparılııb.

Biz bu səbəblərə başqa prizmadan nəzər yetirəcəyik. Azərbaycanda futbolun uçuruma yuvarlanmasında klubların nəzdindəki uşaq futbol məktəblərinin rolu nə qədərdir?

Bəllidir ki, futbolun inkişafı birbaşa uşaq futbolundan asılıdır. Əgər biz futbolumuzun dayanıqlı inkişaf və sabitliyini görmək istəyiriksə, «alt yapı»dakı çatışmazlıqları aradan qaldırmaq üzərində köklü işlər aparmalıyıq.

Bu məqalədə fikrimiz klubların nəzdində olan uşaq futbol məktəbləri üçün yaratdığı şərait və şəraitə uyğun olaraq, komandalarının əldə etdikləri nəticələrə münasibət bildirib, onun təhlillərini aparmaqdır.

(ilk yazının linki burada - https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/92818.html)

2. Digər bir amilə nəzər yetirək: Məşqlərin daha da keyfiyyətli təşkili üçün qrup komandaları meydança və idman ləvazimatlarıyla bərabər, köməkçi məşqçi ilə də təmin olunmalarıdır.

Texniki heyətin ümumi oldugunu nəzərə alsaq, köməkçi məşqçiyə ehtyac duyulmaması hansı ölçülərə uyğun gəlir? Belə vəziyyətdə məşqin keyfiyyətinin nə qədər aşağı düşmə ehtimalını göz önünə gətirsək, mənzərə tam aydın olar.

Hərçənd ki, yaxın keçmişə qədər hər qrup, demək olar ki, həkim və inzibatçıya da malik idilər.

Faktlara istinad edək. «Qarabağ»FK, «Neftçi»PFK, «Qəbələ» İK, «Sabah»FK, «Sumqayıt»FK-ların komandaları tam məşqçi heyəti ilə təmin olunsalar da, «Zirə» FK, «Keşlə»FK, «Səbail»FK bu imkandan məhrumdur.

3. Diqqətdən kənar qalan başqa bir amilə nəzər yetirək. Klubların uşaq futbol məktəbində çalışan məşqçilər heyətinin maddi durumlarına diqqət və qayğı necədir?

Peşəkar mütəxəssislərin uşaq futboluna marağının olması və məşqlərin keyfiyyəti bu amildən çox asılıdır.

Klublar özlərinin məşqçi heyəti ilə UEFA-nın tələblərinə uyğun illik müqavilə bağlasalar da, «Zirə» və «Keşlə» son bir neçə ildir ki, 11 aylıq maaşla kifayətlənir. Pandemiya dövründə vəziyyət daha da pisləşərək, 10 aya endirilib.

Doğrudanmı, futbolun inkişafı naminə dövlət və UEFA tərəfindən uşaq futboluna bu qədər sərmayə qoyulduğu bir vaxtda aylıqümumi büdcəsi 20000 manat ola biləcək, ya bilməyəcək bu kollektivlərin maaşlarını verməyərək, qənaət etmək nə dərəcədə düzgündür?

Klubların lazımsız legioner futbolçularla 2 illik müqavilə bağlayıb, sonra onu 6 aydan bir yeniləmələri faktları qarşısında çörək puluna işləyən uşaq futbol məktəbinin məşqçilər heyəti kimlərinsə güdazına gedirlər.

(II YAZI)
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!