Azərbaycanda futbolun TƏNƏZZÜLÜNÜN GERÇƏK SƏBƏBLƏRİ

21 Sentyabr 2020 13:54 Azərbaycan Futbolu 897
Azərbaycanda futbolun TƏNƏZZÜLÜNÜN GERÇƏK SƏBƏBLƏRİ

Futbolumuzun tənəzzülü ildən-ilə davam edir.

Bunun səbəbləri haqqında zaman-zaman kifayət qədər fikirlər bildirilib, araşdırmalar aparılııb.

Biz bu səbəblərə başqa prizmadan nəzər yetirəcəyik. Azərbaycanda futbolun uçuruma yuvarlanmasında klubların nəzdindəki uşaq futbol məktəblərinin rolu nə qədərdir?

Bəllidir ki, futbolun inkişafı birbaşa uşaq futbolundan asılıdır. Əgər biz futbolumuzun dayanıqlı inkişaf və sabitliyini görmək istəyiriksə, «alt yapı»dakı çatışmazlıqları aradan qaldırmaq üzərində köklü işlər aparmalıyıq.

Bu məqalədə fikrimiz klubların nəzdində olan uşaq futbol məktəbləri üçün yaratdığı şərait və şəraitə uyğun olaraq, komandalarının əldə etdikləri nəticələrə münasibət bildirib, onun təhlillərini aparmaqdır.

Öncə uşaq futbol məktəblərinin uğurunun hansı meyarlara uyğun təyin olunmasına aydınlıq gətirməyə çalışaq.

1. İlk gözə dəyən amil liqalarda qrup komandalarının yekunda tutduğu yerlərə uyğun qiymətini almasımı?

2. Yaxud müvafiq milli komandalara hansı klubun daha çox futbolçu verməsi iləmi təyini?

3. Premyer Liqa təimsilçilərinin tərkibini hansı klubun uşaq məktəbinin yetirmələrinin sayının daha çox olması iləmi müəyyənləşdirilməsi?

Qeyd etdiyimiz bu amillər məsələnin görünən tərəfləridir. Odur ki, görünməyən, yaxud daha kölgədə qalan amillərə nəzər yetirərək, onların təhlilini edib, vəziyyətə aydınlıq gətirməyə çalışaq.

Beləliklə, klubların nəzdində olan uşaq futbol məktəbləri üçün yaratdığı şəraitə uyğun qazandıqları nəticələr uğur sayıla bilərmi? Yaxud uşaq futbolunda uğurun olmamasında klubun rolu nə qədərdir?

Gəlin, uğura aparan yolları növbə ilə araşdıraq.

1. Xarici ölkələrə səfərlərdən, beynəlxalq turmirlərdə iştirak etməkdən başlayaq. Son illər «Sabah»ı nəzərə almasaq, heç bir komandamız xaricə səfər etməyib. Amma vaxt var idi, AFFA liqalarda çempion olan komandaları öz xətti ilə ölkədən kənara göndərirdi. Eyni zamanda klubların əksəriyyəti öz təmsilçilərini müxtəlif beynəlxalq turnirlərə ezam edirdi. AFFA hal-hazırda ancaq müvafiq yaş qrupları üzrə millilərin xarici səfərlərinin təşkili üzərində iş aparır. Təbii, bu amil inkişaf üçün yetərli hesab oluna bilməz. Bəs klublar niyə bu cür layihələrdə maraqlı deyillər? (pandemiyanı nəzərə almırıq Yəni bu kimi layihələrin həyata keçirilməsinə eləmi çox vəsait tələb olunur? Yaxud daha bu kimi vacib layihələrə sərmayə qoymağa dəyməzmi?

(I YAZI)
SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"