"Ermənistanla Azərbaycan arasında barışığın mümkün qədər tez olmasını istəyirik”

13 İyul 2024 08:20 Problem 783
"Ermənistanla Azərbaycan arasında barışığın mümkün qədər tez olmasını istəyirik”

“Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ankara İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına və sülhün bərqərar olmasına çalışır:

“Biz bu barışığın mümkün qədər tez olmasını istəyirik. Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlərimizdə bu istiqamətdə müsbət addımlar müşahidə edirik”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Dekabr 18:10 Çək və bizə göndər!
25 Dekabr 03:30 Onu da güllələdilər