“Arsenal”ın futbolçusu Leandro Trossardın həyat yoldaşı Laura 2019-cu ildəki toy şəkilləri də daxil olmaqla, sosial mediada birlikdə çəkdirdikləri bütün şəkilləri silib.
Sportinfo.az xəbər verir ki, o, yalnız futbolçunun uşaqları – 9 yaşlı Tyaqo və 3 yaşlı Amadeo ilə çəkdirdiyi şəkilləri saxlayıb.
Laura etiraf edib ki, cütlük “bir müddətdir ayrı yaşayır” və ayrılmaq qərarı dinc və şüurlu şəkildə verilib:
“Bir-birimizə sevgi və hörmətlə, inanılmaz dərəcədə çətin ayrılmaq qərarını verdik. Ən əsası odur ki, biz həmişə iki övladımıza sevən valideyn olaraq qalacağıq”.
Leandro və Laura təxminən 13 ildir ki, birlikdədirlər.


