2026-cı il Premyer Liqada 9 nəfər üçün “qara” gəldi - ADLAR

14:00 Problem 178
2026-cı il Premyer Liqada 9 nəfər üçün “qara” gəldi - ADLAR

Premyer Liqanın 17-ci turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq görüşləri dörd komandadan doqquz nəfər kənardan izləyəcək.

Onlardan ikisi baş məşqçi, yeddizi futbolçudur.

Söhbət “Sumqayıt”la “Qəbələ”nin çalışdırıcıları Saşa İliçlə Kaxaber Tsxadadzedən gedir. Hər iki mütəxəssis intizamsız hərəkətlərinə görə cəzalı duruma düşüb.

“Sumqayıt”ın üzvləri Nikola Niknkoviçlə Rüstəm Əhmədzadə, “Qəbələ”nin futbolçuları Xavyer Syerra ilə İbrahim Sanqare, “Karvan-Yevlax”ın oyunçuları İmami Barkerlə Araz Abdullayev, eləcə də “Şamaxı”nın müdafiəçisi Arsen Agcabəyov meydana çıxmaqdan məhrumdurlar.

Buna səbəb sarı vərəqə limitini doldurmaları və Sanqarenin aldığı qırmızı vərəqədir.

Yanvarın 23-də “İmişli” – “Araz-Naxçıvan”, “Neftçi” – “Zirə”, ertəsi “Şamaxı” – “Qəbələ”, “Qarabağ” – “Kəpəz”, yanvarın 25-də “Turan Tovuz” – “Sumqayıt”, “Sabah” – “Karvan-Yevlax” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti