Problemli klub keçmiş baş məşqçisi ilə bağlı öhdəlikləri yerinə yetirdi

17:20 Problem 199
Problemli klub keçmiş baş məşqçisi ilə bağlı öhdəlikləri yerinə yetirdi

“Karvan-Yevlax” sabiq baş məşqçisi Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisi məlumat yayıb.

Bildirilib ki, son bir neçə ay ərzində klubla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı:

“Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilmiş və müqaviləyə xitam verilmişdir.

Eyni zamanda, baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunmuşdur. Klub olaraq bütün öhdəliklərimizi yerinə yetirmişik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti