İcraiyyə Komitəsinin qərarı ilə Premyer Liqaya buraxılan “Karvan”a da “İmşli” kimi AFFA tərəfindın infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib.
Amma “Karvan” 1 ilə düzələnə oxşamır.
“Karvan” Premyer Liqaya dönsə də, Yevlaxa 15 ildən sonra böyük futbol yalnz noyabrda qayıtdı. Stadion yaxşı-pis düzəldilib, ortaya cıxanda.
Həmin oyunda da prinspial rəqiblərindən “Kəpəz”ə 1:3 hesabıyla uduzdular, bu da Azər Həşimovun postunu itirməsiylə nətcələndi.
Məşqçini işdən çıxarmağın da illərdir dəyişməyən qayda-qanunu var - müqaviləsi bitməmiş və ya qarşılıqlı razılıq olmadan yola salırsansa, təzminat ödəməlisən.
Amma Yevlax klubu Azər Həşimova verdyi o az maaşı da çox görür, 6 aylıq kompensasiyanı ödəmək istəmir.
Görünür, “Karvan”ın rəhbərliyi hələ də qalıb 20 il əvvəlki idarəçiliyində.
O dövrdə Azərbaycan futbolunda təkcə “Karvan”da deyil, bütün klublarda baş verənlərdən lətifə kimi söhbətlər danışılır.
İndi klublarda peşəkarlıq baxımından xeyli irəliləyiş var. “Karvan” isə 15 il əvvəl Premyer Liqadan necə getmişdisə, eləcə də qayıdıb - təfəkkür və idarəetmə baxımından.
Dövlətin qanunlarına, peşəkar futbolun da tələblərinə əməl etmək lazımdır.
“Karvan”ı liqada qaxlamaq vəzifəsi indi vaxtilə hətta “Neftçi”nin də baş məşqçisi olmuş Füzuli Məmmədovun öhdəsinə düşür.
Komandanın heyəti keyfiyyət baxımından geri qalır. Heyətə ciddi əl gəzdilrilməsə, “Karvan” böyük ehtimalla gəldiyi yerə - I Liqaya qayıdacaq.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

