«Karvan» daxilindəki gündəlik iş rejimi narahatlıq doğurub.
Bununla əlaqədar redaksiyamıza anonim məktub daxil olub.
Orada aşağıdakı qeydlər öz əksini tapıb:
«Son həftələrdə baş məşqçi Fizuli Məmmədov tərəfindən tətbiq olunan rejim açıq şəkildə görünür. Futbolçular hər gün səhər saat 10:00-da stadionda olmalı və yalnız 18:00-19:00 aralığında oranı tərk edə bilərlər.
Bu, məşqlərin intensivliyindən və oyun cədvəlindən asılı olmayaraq, gündəlik davam edir.
Peşəkar komandalarda, adətən, günün ikinci yarısı futbolçuların istirahəti, bərpası və düzgün qidalanması üçün nəzərdə tutulur.
Burada isə bu balans yoxdur. Futbolçular yorğun və fiziki baxımdan zəifdir, xüsusilə oyunların ikinci hissəsində performans kəskin düşür.
Bundan əlavə, görünür ki, oyunçular kifayət qədər qidalanmır və ya düzgün qidalanmır. Bu isə onların bərpasına və davamlılığına mənfi təsir göstərir.
Bu vəziyyət komandanın turnir cədvəlinin son pillələrində olmasıyla izah edilə bilər və tətbiq olunan iş modelinin səmərəliliyi ilə bağlı ciddi suallar yaradır.
Mövcud vəziyyət diqqətlə araşdırılmalıdır».
SPORTİNFO.AZ

