Azərbaycan çempionatında komandası olan rayonun stadionu qara gündə... VİDEO+FOTOLAR

16:30 Problem 1 647
Azərbaycan çempionatında komandası olan rayonun stadionu qara gündə... VİDEO+FOTOLAR

Xaçmaz 4 ildir ki, ölkənin futbol səhnəsində təmsil olunur.

Region Liqasından yola çıxan «Şimal» burada çempionluq qazanıb.

II Liqaya yüksələn komanda ötən mövsüm burada üçüncü yer tutaraq, birbaşa I Liqaya yüksəlib.

«Şimal» yarandığı gündən ora-bura sığınıb. Öncə ev oyunlarını Siyəzəndə keçirən kollektiv hazırda Şamaxı Olimpiya Kompleksindən istifadə edir.

Bunun bir səbəbi var - doğma rayonda stadion problemi mövcuddur. Sovet dövründə tikilən arena çoxdan yerlə bir edilib.

2014-cü ildən fəaliyyət göstərən Olimpiya İdman Kompleksinin meydançası da sözün həqiqi mənasında qara gündədir.

Kompleksin ərazisi 6 hektardır. Kompleksdə 749 nəfər tamaşaçı tutumu olan universal zal, üzgüçülük hovuzu, fitnes zalı, güləş zalı, 60 yerlik akt zalı mövcuddur.

Bunlardan əlavə, kompleksdə 30 nəfərlik yeməkxana, 1130 nəfər tamaşaçı tutumu olan futbol stadionu var. Gəl ki, bura baxımsızlıqdan bərbad hala düşüb.

Sahəni kol-kos basıb. Burada nəinki top arxasınca qaçmaq, heç normal qaydada yerimək də mümkün deyil.

Hansı tərəfə addım atırsan, çala-çuxurdur. Meydanın ümumi sahəsi də standartlara cavab vermir - balacadır.

Deyəsən, buranı inşa edən tikinti şirkətinin mühəndislərinin futbolla bağlı elementar savadı, məlumatı da olmayıb. Necə gəldi iş aparıblar, sadəcə, yola veriblər.

Bunun da altını indi «Şimal» çəkir. Yaxın və uzaq rayonların ümidinə qalaraq, «qaçqın» həyatı yaşayaraq…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol