Benzin və dizelin qiyməti yenidən bahalaşacaq?

10 Yanvar 07:50 Problem 307
Benzin və dizelin qiyməti yenidən bahalaşacaq?

Son dövrlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də benzin və dizel yanacağının gələcək qiymətləridir.

Maraqlıdır, qarşıdakı illərdə yanacağın ucuzlaşması real görünür, yoxsa artım riski hələ də qalır?

Mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yanacağın qiymətlərində enmə halları zaman-zaman müşahidə edilib və gələcəkdə də bu cür proseslər istisna olunmur.

Ekspertin sözlərinə görə, iqtisadi səmərəliliyin artması fonunda yanacaq qiymətlərinin aşağı düşməsi mümkündür, lakin bu, hazırda ən real ssenari sayılmır.

“Bu, ehtimal edilən proqnozlardan biridir. Amma nəzərə almalıyıq ki, Azərbaycanda ənənəvi yanacaqla, benzin və dizellə işləyən avtomobillərin payı təxminən 85 faizə yaxındır. Yükdaşıma və sərnişindaşıma sektorunda da əsasən dizel və benzin istifadə olunur”, – deyə A.Əsədov qeyd edib.

Metro və avtobuslarda qiymətlər niyə bahalaşdı? - Aslan Əsədov AÇIQLADI - Azərbaycanın xəbər saytı

Onun sözlərinə görə, benzinlə işləyən nəqliyyat vasitələrinin sayı da kifayət qədər yüksəkdir və bu amil yanacağa olan tələbatı artırır. Ekspert hesab edir ki, qiymətlərin real şəkildə enməsi üçün alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinin sayı artırılmalıdır.

“Asan yol alternativ yanacaqdan istifadə edən avtomobillərin ölkəyə idxalını genişləndirməkdir. Xaricdən daha iqtisadi səmərəli, az yanacaq sərf edən və alternativ enerji ilə çalışan nəqliyyat vasitələri gətirilməlidir. Bu halda ənənəvi yanacağa tələbat azalacaq, bazarda bolluq yaranacaq və qiymətlərin enməsi mümkün olacaq”, – deyə ekspert vurğulayıb.

A.Əsədov əlavə edib ki, mövcud vəziyyətdə bu göstəricilərə nail olmaq çətindir. Çünki hazırda bütün nəqliyyat və logistika prosesləri əsasən ənənəvi yanacaq üzərində qurulub və alternativ yanacağa keçid hələ genişmiqyaslı deyil. Beləliklə, ekspertin fikrincə, yaxın perspektivdə benzin qiymətlərinin ciddi şəkildə enməsi real görünmür və artım riski müəyyən dərəcədə qalmaqda davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar