Mahir II Bundesliqanın növbəti iki turunu buraxacaq?

08:20 Problem 116
Mahir II Bundesliqanın növbəti iki turunu buraxacaq?

II Bundesliqanın 2-ci turunun 12-ci turunda “Herta”ya (Berlin) 0:1 uduzduqları görüşdə zədələnən “Kayzerslautern”in hücumçusu Mahir Emrelinin bərpa prosesi daha da sürətli gedir.

Sportinfo.az xəbər verir ki, millimizin forvardı artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər.

O, gələn həftə topla məşqlərə start verəcək. Azərbaycan millisinin vingerinin ən pis halda 2-ci Bundesliqanın qarşıdakı 2 turunu buraxacağı ehtimal edilir.

II Bundesliqanın növbəti turuna yanvarın 16-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti