Hər işə qarışan patron niyə baş məşqçidən soruşmur ki…

17:40 Problem 256
Hər işə qarışan patron niyə baş məşqçidən soruşmur ki…

11 futbolçu - 10-u əcnəbi, 1-i yerli. Həmin o yerli kapitan sarğısını qolunda gəzdirsin.

Bu hal yalnız «İmişli» üçün xarakterik deyil. əksər klublar da eyni «dəb»lə gedir.

Fərq odur ki, Jorj Kaskilya üçün azərbaycanlı oyunçular sadəcə canlı «maket»dir.

Portuqaliyalı onlardan heç əlavə vaxtda da istifadə etmir. İnanmır, ona görə.

«Zirə» ilə matçda «İmişli» ümumilikdə 13 nəfərin xidmətindən yararlandı. Azər Salahlı əsas heyətdə meydana çıxdı,

Abbas Ağazadə 62-ci dəqiqədə meydanda daxil oldu, Həzrət İsayev də 90-da. Ehtiyat skamyda əcnəbilər əyləşməmişdi, yoxsa portuqaliyalı baş məşqçi Abbasla Həzrətə də şans tanımazdı.

ştirak ərizəsinə adları salınan digər 9 azərbaycanlı 90 dəqiqəlik mübarizəni yenə kənardan izlədi.

Deyirlər, klubun rəhbəri Kamran Eyyubovdur. Görəsən, ondan əvvəlki baş məşqçilərin hər işinə qarışdığı söylənilən həmin bu Eyyubov niyə Kaskilyadan soruşmur ki, mənim həmyerlilərimi «künc»ə qoymağının səbəbi nədir?

Deməlidir və yaxasından apışmalıdır. Ki, əgər bunlar sənə lazım deyildisə, nə üçün müqavilə imzalatdırırdın?

Doqquz nəfərə bir ətək maaş verilir. Az alanı var, çox alanı var, amma heç kimə deyə biməz ki, hamısı zəifdir, bir işə yaramır.

İdris İnqilablı «Qəbələ» və «Sabah»la Premyer Liqanı tanımağa başlayanda, bəlkə də «İmişli»nin icraçı direktoru Aqşin Mürsəlov hələ bilmirdi ki, futbolu neçə nəfərlə oynayırlar.

Mürsəlov bilsə də, Eyyubov bilirdi axı. Necə də olmasa, Kamran bəy özünü əla funksioner sayır, futbolu çox adamdan yaxşı incələdiyini fikirləşir.

Bu da onun fikridir və biz ona deyəmmərik ki, ay müəllim, sən niyə belə düşünürsüz? Adamdır, çox şey fikirləşə bilər özü barədə.

Sabah Yohan Kroyff adına «Barselona» Universitetində futboldan dərs demək, mühazirə oxumaq niyyətinə düşsə, bəndəniz qətiyyən təəccüblənməz, heyrət içində yan-yörəyə boylanmaz.

Hesabat tələb etmək istənilən klub rəhbərinin doğal haqqıdır. Baş məşqçidən komandaya dair raport almamağın özü qəblahət olar.

Ona müəmmalı/qəribə gələn mövzularda sualını verə bilər və verməlidir. Bir şərtlə ki, hər şey öz əndazədəsində olsun, qarşı tərəf bunun işinə müdaxilə olduğu qənaətinə gəlməsin, prosesi təbii saysın.

Məncə, bu sualların başında Kaskilyanın yerli futbolçulara münasibəti gəlir. Araşdırılması mütləqdir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti