Təzminat davası: “Məhkəmə uzun çəkə bilər, qərar bizi qane etməsə...”

02:10 Problem 134
Təzminat davası: “Məhkəmə uzun çəkə bilər, qərar bizi qane etməsə...”

Azər Həşimov "Karvan-Yevlax"dan AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət edib.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Yevlax təmsilçisindən kənarlaşdırılan baş məşqçinin vəkili Elcan Həsənli deyib.

O, mütəxəssisin hüquqlarının pozulduğunu söyləyib:

"Bir müddət gözləmə mövqeyi tutduq ki, klub tərəfindən Azər Həşimova kompensasiya ödənilsin və məsələ həllini tapsın. Lakin nəticə çıxmadı. A

rtıq AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət ünvanlanıb. Sona qədər mübarizəmiz davam edəcək.

Bütün bunlar hüquqi işlərdir, məhkəmə prosesi uzun çəkə bilər. Sonda istəyimizə nail olacağımıza inanıram.

Qərar bizi qane etməsə, AFFA Apellyasiya Arbitraj Tribunalına üz tutacağıq".

Bir müddət əvvəl "Karvan-Yevlax" baş məşqçi Azər Həşimovun müqaviləsinə birtərəfli xitam verib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 20:00 Çək və bizə göndər!