Mahir Emreli böyük "beşlik" ölkələrində çıxış edə bilər.
“Asadov Pro Bridge"in rəhbəri Emil Asadov bu fikirdədir,
“Sportinfo TV“yə qonaq olan FIFA lisenziyalı futbol agenti bildirib ki, millimizin hücumçusunun işləriylə məşğul olan həmikarını yaxşı tanıyır.
Hazırda Almaniyada II Bundesliqa təmsilçisi “Kayzerslautern“in formasını geyinən forvardın 2021-ci ildən Avropada olmasını xatırladan A.Asadov deyib ki, onun burada özünə yeni klub tapmaq şansı digər azərbaycanlı futbolçulardan daha çoxdur.
Çünki indiyədək Polşa, Xorvatiya və Türkiyə klublarında çıxış etmiş Mahiri qitədə yaxşı tanıyırlar.
Menecer bizim oyunçuların üzləşdiyi üzləşdiyi bir problemə də vurğu yapıb.
Diqqətə çatdırıb ki, istər xarici klublar, istərsə də agentlər pasporta xüsusi diqqət yetirir, Avropa Birliyinə üzv ölkələrin təmsilçilərinə üstünlük verir.
Müsahibin sözlərinə görə, ölkəmizin futbol reytinqi aşağı olduğundan, onlar Azərbaycan bazarına bir o qədər maraq göstərmir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

