“Son dönəmlər komandamızda psixoloji vəziyyət yaxşı deyil”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın kapitanı Vadim Abdullayev deyib.
Yarımmüdafiəçi Premyer Liqada 15 tura 6 xal toplamış komandanın turnir cədvəlinin son pilləsinə yuvarlanmasından danışıb:
“Təzyiqlər artır. Nəticə olmayanda bu hallar normaldır.
Futbolçunun da çətin vəziyyətdən çıxması üçün müəyyən vaxt lazımdır. Komanda güclənməlidir.
Yeniliklərə ehtiyac var ki, müəyyən səviyyəyə çataq və rəqabətədavamlı olaq. Bunun üçün isə yalnız işləmək və inanmaq lazımdır.
Əgər haradasa inam varsa, şəraitdən asılı olmayaraq nəticəsini mütləq görəcəksən. Komanda olaraq hamımız birləşib, bu yükün altından çıxmalıyıq”.

