Aldadıldı, FİFA-ya şikayət etdi: “Xahiş elədilər, razılaşdım, amma…”

01:20 Problem 87
Aldadıldı, FİFA-ya şikayət etdi: “Xahiş elədilər, razılaşdım, amma…”

Sergey Yuran “Serik Belediyespor"dan FİFA-ya şikayət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə rus mütəxəssis özü məlumat verib.

O, maaş ödənişi ilə bağlı yaranana problemlərə görə Türkiyə klubundan ayrılmışdı.

"Matç TV"yə danışan 56 yaşlı məşqçi məsələ haqda bunları deyib: "Razılaşma var idi, sənədləri imzaladıq. İlk ödəniş noyabrın 15-də edilməli idi. Klub maaşı üç hissəyə bölməyi xahiş etdi və mən razılaşdım. Ödəniş noyabr ayında gəlmədi. Aydındır ki, məhkəməyə müraciət etməliyik və 3 həftə əvvəl FİFA-ya məktub göndərdik".

- Bu vəziyyəti keçmiş oyunçularınızla müzakirə edirsiniz?

- "Serik Belediyespor"un rusiyalı və digər əcnəbi oyunçuları ilə əlaqə saxlayıram. Vəziyyət eynidir, ödəniş yoxdur. Berkovski və Qotsukla danışdım, onların vəkilləri eyni məktubu kluba göndəriblər və FİFA-ya təqdim etmək üçün sənədləri hazırlayırlar. Onlar da şikayət edəcəklər.

Yuran ötən yay “Serik Belediyyespor”un baş məşqçisi vəzifəsini icra etməyə başlayıb. O, oktyabrın sonunda rəsmi olaraq vəzifəsindən ayrılıb.

Onun rəhbərliyi altında klub 11 matçda 13 xal qazanıb və turnir cədvəlində 13-cü yerdə qərarlaşmışdı.

Azərbaycanlı iş adamı Tufan Sadıqov "Serik Belediyespor"un səhmlərinin 50 faizini 4 milyon avroya alıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı