ŞOK FAKTın üstü açıldı: Klublarımız kimlərdən qorxur?! - VİDEO

16 Dekabr 2025 17:40 Problem 1 245
ŞOK FAKTın üstü açıldı: Klublarımız kimlərdən qorxur?! - VİDEO

“Azərbaycanda klublar menecerləri özlərinə rəqib görürlər”

Bu sözləri “Sportinfo TV“yə açıqlamasında “Asadov Pro Bridge"in rəhbəri Emil Asadov deyib.

FIFA Lisenziyalı futbol agenti ölkəmizdə mövcud olan klub-menecer münasibətlərindən danışıb.

Onun bildirdiyinə görə, Azərbaycanda heç bir klub agentlərlə bütün istiqamətlər üzrə əməkdaşlıq etmir. Müsahib buna misal olaraq futbolçu satışlarını göstərib.

Qeyd edib ki, çempionat iştirakçıları müqavilə ilə ona məxsus olan oyunçunun menecerlər vasitəsilə satılmasına çalışmır, bu prosesin birbaşa olmasını istəyir.

E.Asadov onların bu məsələyə yanaşmasının kökündə maliyyə ilə bağlı məqamların dayandığını vurğulayıb.

Tanınmış menecerin söylədiyinə görə, klublar belə yol tutmaqla futbolçuların satış imkanlarını məhdudlaşdırır və yekunda özü də ziyan çəkir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti