Səhhətində ciddi problemlər yarandı - Sabiq hücumçunun

16 Dekabr 2025 10:20 Problem 559
Səhhətində ciddi problemlər yarandı - Sabiq hücumçunun

“Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan ”Liverpul”un sabiq hücumçusu Yan Raş səhhətində kəskin pisləşmə səbəbindən reanimasiyaya yerləşdirilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı sabiq futbolçu təxminən 48 saat ağır vəziyyətdə qalıb və süni tənəffüs aparatına qoşulub. Lakin o, hazırda sağalır.

Raş ümumilikdə 15 il “Liverpul”da oynayıb və bir mövsüm “Yuventus”da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti