“Neftçi”nin məşhu siması əlacsız qalıb bu yola əl atdı - VİDEO

15 Dekabr 23:00 Problem 346
“Neftçi”nin məşhu siması əlacsız qalıb bu yola əl atdı - VİDEO

“Neftçi”nin və Azərbaycan millisinin sabiq üzvü xalqa müraciət edib.

Kamal Quliyev sosial şəbəkə hesabında video paylaşıb.

49 yaşlı veteran futbolçu xəstəliyi ilə bağlı AFFA-dan, “Neftçi”dən, eləcə də onu tanıyanlardan və sevənlərdən müalicə üçün yardım istəyib.

Bildirək ki, artıq xeyli vaxtdır Quliyevin qaraciyərində problem aşkarlanıb.

Hazırda ev şəraitində müalicə alsa da, qaraciyərin dəyişdirilməsi, ən pis halda əməliyyatı mütləqdir. Bunun üçünsə 40 min manat tələb olunur.

Quliyevin düşdüyü vəziyyətə keçmiş futbolçu yoldaşları biganə qalmayıb. Bir çoxu yardım əlini uzatsa da, Vadim Vasilyev sosial şəbəkə hesabında paylaşım edərək Kamal üçün dəstək istəyib.

Əlaqə nömrəsini və bank kartının məlumatlarını paylaşıb.

1999-2005-ci illər aralığında Azərbaycan millisində 47 oyun keçirmiş Quliyev karyerası ərzində “Xəzər” (Sumqayıt), “Neftçi”, “Karvan”, “Xəzər Lənkəran”, “Standard” kimi yerli komandaların formasını geyinib, Ukraynada “Volın”ın heyətində legioner həyatı yaşayıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...