2026-cı ildə amnistiya aktı imzalanacaq?

07:50 Problem 73
2026-cı ildə amnistiya aktı imzalanacaq?

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə amnistiya aktı imzalana bilər.

Bunu qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, ilin sonunda bununla bağlı qərarın verilməsi gözlənilir:

"Hazırda bununla bağlı məlumatlar yayılır. Milli Məclis tərəfindən amnistiya qərarı verilə bilər. 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu, Azərbaycanın həyatında böyük bir hadisədir. Bu il həm də Zəfərimizin 5-ci il dönümüdür".

Sonuncu dəfə amnistiya 2021-ci ildə elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!