"Nə zaman "Xəzər Lənkəran" rəhbərliyi tərəfindən müraciət olunarsa..."

11:40 Problem 282
"Nə zaman "Xəzər Lənkəran" rəhbərliyi tərəfindən müraciət olunarsa..."

AFFA rəhbərliyinin ötən gün cənub bölgələrindəki idman qurğularına səfəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qurum rəhbərliyinin Biləsuvar, Cəlilabad, Lənkəran və Masallıda yerləşən stadionlara səfər etməsi, lakin "Xəzər Lənkəran"a məxsus Lənkəran şəhər stadionuna səfər etməməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Sportinfo.az xəbər verir ki, teleqraf məsələ ilə bağlı həm AFFA-dan, həm də Futbolun İnkişaf Fondundan (FİF) münasibət öyrənib.

FİF-in icraçı direktoru Tural Piriyev açıqlamasında Lənkəran şəhər stadionunun özəl mülkiyyətdə olduğunu bildirib:

"Masallıda yerləşən Anatoli Banişevski adına stadionu da yerli iş adamı tərəfindən satın alınıb, amma həmin stadionda uşaq komandalarının oyunları keçirilir.

Səfərimiz sırf cənub bölgələrində fəaliyyət göstərən uşaq komandaları ilə tanış olmaq idi. Nə zaman "Xəzər Lənkəran"ın rəhbərliyi tərəfindən FİF-ə müraciət olunarsa, öz əlimizdən gələn köməkliyi onlara göstərəcəyik".

style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov isə məsələni belə şərh edib: "Səfərimizin məqsədi uşaq və gənclərin futbol oynadığı və ya bundan sonra oynayacağı idman qurğularına baxmaq idi".

Hazırda Lənkəranda aşağı yaş qrupu üzrə çıxış edən komandalar oyunlarını Lənkəran Olimpiya Kompleksinin süni örtüklü meydançasında keçirir.

"Xəzər Lənkəran" stadionunun ot örtüyü isə təbiidir. Bundan başqa, əvvəlki illərdə zona üzrə yarışlar da Lənkəran Olimpiya Kompleksinin meydançasında keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti