Azərbaycanda bu stadiona gələn tualet tapmır - VİDEO

09:20 Problem 60
Azərbaycanda bu stadiona gələn tualet tapmır - VİDEO

Premyer Liqada mübarizə aparan “Karvan”ın ev oyunlarını keçirdiyi Yevlax stadionunda noyabrın 21-dən matçlar keçirilməyə başlasa da, orada vəziyyət heç də ürəkaçan deyil.

Sportinfo.az xəbər verir ki, bir müddət öncə arenada təmir işləri aparılıb.

Stadiona süni ot örtüyü salınıb. Lakin futbol qurğusunun sanitar qovşaqlarında heç bir təmir aparılmayıb. Belə ki, orada antisanitar vəziyyət hələ də davam edir.

Sanitar qovşaqlarının bir tərəfində vəziyyət, ümumiyyətlə, biabırçı hal alıb. Stadiona gələnlərin tualetdən istifadə edə bilməsi üçün heç bir şərait yoxdur, hətta qapılar belə quraşdırılmayıb.

Bu halda sual yaranır: Stadion rəhbərliyi Premyer Liqa oyunlarına ev sahibliyi etmək istəyəndə bu biabırçılığı niyə aradan qaldırmayıb?

Bununla bağlı görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?