“Soruşdum, dedilər, bəli, Qarabağ Azərbaycanın olmaya bilər” - Paşinyan

07:30 Problem 77
“Soruşdum, dedilər, bəli, Qarabağ Azərbaycanın olmaya bilər” - Paşinyan

“2019-cu ildə həmsədrlər Qarabağla bağlı sənədi əvvəlki danışıqların xülasəsi kimi təqdim etmişdilər”.

Bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Soruşdum ki, bu paketlərlə elə bir mexanizm mümkündürmü ki, Qarabağ Azərbaycan tərkibində olmasın? Dəqiq cavab verildi — bəli, əgər Azərbaycan razılaşsa”, – deyə Paşinyan fikrini yekunlaşdırıb.

Ermənistan hökuməti keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.

Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Burada 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər,

Ermənistanın eks-prezidenti Serj Sərkisyanın 2016-cı ilin avqustunda Rusiya lideri Vladimir Putinə ünvanlanmış məktubu və digər sənədlər var.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!