Millinin sabiq qapıçısı Yusif İmanovun FİFA-ya müraciət etməsindən xəbərdarsız.
Daha öncə məlumat verdiyimiz kimi, o, son 3 ayda formasını geyindiyi «Malışeva»dan şikayətçidir.
Səbəb sadədir - Kosova klubu bu ilin avqustunda sıralarına qatdığı azərbaycanlı kiper qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyib.
Balkan təmsilçisi 3 aya yaxın müddət ərzində onun əməkhaqqısını ödəməyib. Yusif bu üzdən «Malışeva» ilə kontraktını birtərəfli qaydada pozub və Azərbaycana dönüb.
Onlar yığmamızın eks qapıçısına borcunu ödəməlidir. Əks halda, «Malışeva»ya transfer qadağası qoyulacaq.
Yayda «Sabah»ı Kosovo komandasına dəyişmişq İmanov bu dəfə «Kəpəz»lə anlaşıb. Sözləşmə gələn ilin yayınadək, yəni, mövsümün sonunadək qüvvədədir.
Əldə etdiyimiz son dəqiqə məlumatına görə, «Malışeva» əl-ayağa düşüb. FİFA tərəfindən ağır cəza almaq təhlükəsini hiss edən klub İmanovla yenidən təmasa keçib.
Ona olan borcu qarşıdakı 3 gün ərzində ödəyəcəklərini bildiriblər.
Qarşı tərəfin nəzərinə çatdırılıb ki, vəsait yalnız bank hesabına daxil olduqdan sonra şikayət məktubu geri götürüləcək.
SPORTİNFO.AZ

