Qarabağ məsələsində “keçmişdəkilər”i günahlandırdı - Paşinyan

07:40 Problem 76
Qarabağ məsələsində “keçmişdəkilər”i günahlandırdı - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş hakimiyyəti ittiham edərək bildirib ki, onlar Qarabağ münaqişəsinin danışıqlar prosesində heç vaxt problemin həllinə nail olmaq istəməyiblər.

Baş nazir bu barədə Ermənistan Milli Məclisində hökumət ilə sual-cavab sessiyası zamanı danışıb.

Paşinyan qeyd edib ki, Qarabağ danışıqları sözügedən məsələnin həllinə dair olmayıb:

“Bütün danışıqlar prosesi ovaxtkı iqtidar tərəfindən bizi tələdə saxlamaq üçün olub. Qarabağ məsələsinin həlli heç vaxt “keçmişlər” üçün əsas məqsəd olmayıb. Bunu etiraf etmək çətin olsa da, ölkənin irəli getməsi üçün bu faktı qəbul etmək vacibdir”.

Ermənistan Baş naziri həmçinin sabiq hakimiyyət nümayəndələri haqqında danışmağı dayandırmağın vacibliyini vurğulayıb.

O bildirib ki, sabiq hökumət üzvləri haqqında artıq danışmağa ehtiyac yoxdur:

“Mən həqiqətən düşünürəm ki, biz köhnələrdən danışmağı dayandırmalıyıq, çünki danışacaq bir şey yoxdur, nə deməmişik ki? Qarabağ məsələsi ilə bağlı dərc etdiyimiz paket də bunu göstərir ki, ümumiyyətlə, danışmağa heç nə qalmayıb”.

Baş nazirin sözlərinə görə, hakimiyyət provokasiyalara uyaraq saatlarla Robert Koçaryan və Serj Sarkisyan kimi sabiq liderlər haqqında danışır:

“2021-ci ildə siyasi hakimiyyət dəyişikliyi ilə gələn parlament müxalifətini hələ də rəqib hesab etmək olardı, lakin fikrimcə, onlar çoxdan rəqib deyillər”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Dekabr 18:10 Çək və bizə göndər!