Xanımı əlindən alınan futbolçu: “O, üzünə sillə vurulmağa layiq adamdır”

02:50 Problem 41
Xanımı əlindən alınan futbolçu: “O, üzünə sillə vurulmağa layiq adamdır”

Argentina millisinin sabiq hücumçusu Maksi Lopes keçmiş sevgilisi Vanda Naranın Mauro İkardi ilə ona xəyanət etməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, hadisələrin ona zərər verdiyini etiraf edib:

“Bilirsiz, mən insanları vurmağı sevmirəm. Mən heç vaxt belə etməmişəm.

Amma İkardi, şübhəsiz ki, üzünə sillə vurulmağa layiqdir. Xüsusilə də, sonradan uşaqlarımı bu qarışıqlığa sürüklədiyi üçün”.

Vanda Nara 2014-cü ildə Mauro İkardi ilə Maksi Lopezə xəyanət edib. Daha sonra o, hazırda “Qalatasaray”da çıxış edən forvardla evləniblər.

Ötən il isə onlar aralarında yaranan münaqişədən sonra boşanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
3 Dekabr 18:10 Çək və bizə göndər!