Bu komandada başqa azərbaycanlı yoxdur, hamısı pisdir?

17:40 Problem 144
Bu komandada başqa azərbaycanlı yoxdur, hamısı pisdir?

Premyer Liqada ilk mövsümünü keçirən «İmişli» demək olar qarşısına qoyduğu birinci məqsədə çatıb.

Real götürsək, 13 tura 15 xal toplamış debütantın bundan sonrakı mərhələdə sürətli eniş yaşaması, turnir cədvəlinin «zirzəmi»sinə yuvarlanması az inandırıcıdır.

Orta sıralardan birini tutacaqlar, «dib»i görməyəcəklər.

Məni təəccübləndirən, bir az da əsəbiləşdirən Jorj Kaskilyanın yerli futbolçulara münasibətidir. Heç bir ciddi hədəfi olmayan komandanın start heyətində cəmi 1 azərbaycanlı çıxış edir.

Sonra gəl, Şahruddin Məhəmmədəliyevə haqq qazandırma da! Millinin və

«Qarabağ»ın qapıçısı düz deyir, «İmişli» kimi iddiasız klublar yerlilərə etimad göstərmirsə, başqalarından nə gözləyəsən, nə tələb edəsən?

«İmişli» nə vaxt uduzur, portuqaliyalı yalnız hakimlərdən və VAR-dan gileylənir. Portuqaliyalıya sual verən də yoxdur ki, ay cənab, niyə azərbaycanlı oyunçulara şans vermirsən, burada bir yerli valnız Azər Salahlıdır?

«Sabah»la oyunda ikinci qolu buraxandan sonra o, 5 əvəzetmə etdi, beşi də bizimki. Onlara sevgisindən etmədi e, bunu.

Oyunun əldən çıxdığını anladığı üçün bu əvəzləmələrə getdi ki, məğlubiyyətin bütün yükü üzərində qalmasın.

Sabah desin ki, baxın, azərbaycanlı futbolçular zəifdir, amma mən onları oynadıram.

Day fikirləşmir ki, biz bu ucuz variantları çox görmüşük, ağlın Çexiyanın üçüncü liqasına getməsin.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti