Azərbaycanda heç də bütün klubların təbii meydança saxlamağa gücü çatmır.
Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Premyer Liqa təmsilçilərinin üzləşdiyi problemdən danışıb.
Tanınmış teleşərhçi bildirib ki, belə qazonların saxlanılması ciddi maliyyə resursu tələb edir, bu səbəbdən «Karvan» kimi kiçik büdcəyə malik klubların süni meydançalar salması təəccüblü qarşılanmamalıdır.
Vaxtilə «Qarabağ» və «Sabah»da rəhbər vəzifələrdə işləmiş Abbasov deyib ki, təbii ot örtüyünün baxımı üçün ayda minimum 8000-10000 manat vəsait lazımdır.
Qazona qulluq üçün işçi qüvvəsinin də tələb olunduğunu xatırladan ekspert söyləyib ki, «İmişli»nin ev oyunlarını keçirdiyi Qubanın bərbad təbii örtüklü stadionundansa, Yevlax kimi qazonu süni meydançadan istifadə daha məqsədəuyğundur.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

